ATV-də hər gün yayımlanan “Maşın” realiti şounun növbəti buraxılışı yayımlanıb.

Axşam.az xəbər verir ki, bu gün səsverməyə aktrisa Xəyalə Quliyeva çıxıb. O, səs topladığı təqdirdə oyundan kimi çıxaracağını deməyib.

Sonda 85,63 faiz səs toplayan aktrisa şoudan “kişi kimi qadın” adlandırdığı şairə Nazilə Səfərlini evə yola salıb.

Qeyd edək ki, hazırda şouda 8 iştirakçı mübarizəni davam etdirir. Bunlar müğənnilər Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisa Xəyalə Quliyeva və aktyor Sərxan Kərəmoğludur.