Əməkdar artist Röya Ayxan hamam xalatında foto çəkdirmək dəbinə uyub.

Axşam.az-ın məlumatına görə, sənətçi ağ xalatda çəkdirdiyi şəkli İnstaqram səhifəsində paylaşıb.

Röya paylaşımına “Ay Moşu, ekologiya budur, ya məni boyum balacadı” sözlərini yazıb. Hər zaman fotolarda şərh bölümünü bağlayan müğənni bu dəfə onu açıq qoyub. İfaçının paylaşımına 14 mindən çox bəyəni, 360-a yaxın şərh gəlib.

Qeyd edək ki, bundan əvvəl xalq artisti Aygün Kazımova, əməmkdar artist Tünzalə Ağayeva, müğənni Kərim Abbasov da hamam xalatında foto çəkdirib yaymışdı.