İsraildə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi vaxt açıqlanıb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, seçki 2019-cu ilin aprel ayının əvvəlində olacaq.

Bununla bağlı qərar ölkə parlamentində təmsil olunan və vaxtilə koalsiya hökuməti yaratmış partiya sədrlərinin toplantısında qəbul olunub.

Qeyd edək ki, noyabrın 14-də İsrailin müdafiə naziri Aviqdor Libermanİsrail hökumətinin fələstinlilərə qarşı siyasətinə etiraz olaraq istefa verib. Bununla da koalisya hökuməti dağılıb. Baş nazir Binyamin Netanyahu noyabrın 19-da ölkənin müdafiə naziri vəzifəsinin icrasına başlayıb.