Məşhur futbolçu Frank Riberi mövsüm sonunda “Bavariya Münhen” klubu ilə vidalaşacaq.

“Ölkə.Az” xəbər verir ki, bununla belə, futbolçu Almaniyanı tərk etməyəcək.

“Bild” qəzetinin məlumatına əsasən, Frank Riberi 12-ci ili başa çatdıqdan sonra mövsüm sonunda klubla yollarını ayıracaq. Futbolçu ailəsinin də Münhenə alışdığını, bu şəhəri tərk etməyəcəklərini, birlikdə yaşayacaqlarını bildirib.

35 yaşlı idmançı karyerasına davam etməyi düşündüyünü bildirib:

“Oynamağa davam etmək və əylənmək istəyirəm. Gələn mövsüm nə olacağını görəcəyik. Təbii ki, xəyallarım var. Bavariyanı sevirəm, “Bavariya Münhen” də məni sevir”.