Yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov “Diriliş Ertuğrul” serialına çəkilib.

“Report”un məlumatına görə, tanınmış idmançı bu məqsədlə Türkiyənin İstanbul şəhərində olub. O, serialın aktyorları, o cümlədən Ertuğrul rolunu oynayan Engin Altanla görüşüb.

“Sanki mən də mövzunun içindəyəm” deyə məşhur döyüşçü sosial şəbəkədəki hesabında yazıb.

Qeyd edək ki, Həbib Nurməhəmmədov oktyabrda ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş döyüşdə Konor Makqreqora qalib gələrək, çempion titulunu qoruyub.