Ukrayna Ali Radasının deputatı İqor Mosiyçuk və siyasi elmlər doktoru Aleksandr Semçenko “NewsOne” telekanalının canlı efirində dalaşıblar.

Oxu.Az xəbər verir ki, əvvəlcə Mosikçuk Semçenkonu “rusiyalı təbliğatçı” adlandırıb.

Qarşı tərəf isə deputata psixiatra getməyi məsləhət görüb.

Bundan sonra Mosikçuk hücuma keçib. Bu zaman politoloq deputatı yerə sərib.

Mübahisə sakitləşdikdən sonra aparıcı Semçenkodan efiri tərk etməsini istəyib. O, studiyanı tərk edən zaman Mosiyçuk ona tərəf qaçıb və politoloqun kürəyindən zərbə endirib.