Rusiyanın Ermənistandakı səfirliyinin qarşısında kütləvi etiraz aksiyası keçirilib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, etirazçılar Gümrüdə rusiyalı hərbi qulluqçunun 57 yaşlı qadını amansızlıqla qətlə yetirməsinə etiraz ediblər. Onlar 102-ci hərbi bazanın şəxsi heyətinin Ermənistanın milli təhlükəsizliyi üçün ciddi təhdid olduğunu dilə gətiriblər.

Aksiyaya cavab olaraq yerli kommunistlər “Əbədi Rusiya ilə” adı altında cavab aksiyası həyata keçirəcəklər.