Qazaxıstanda Astana gənclər məclisinin deputatı və model Dinaqul Tasova döyülüb.

Oxu.Az xəbər verir ki, o, bununla bağlı “Instagram” hesabında məlumat verib.

Tasova bildirib ki, onu “Fashion Night Astana” moda nümayişində açıq-saçıq geyiminə görə döyüblər.

Image result for dinagul tasova

“Nümayişdən sonra məni tənqid ediblər. Kimlərsə məni ələ salırdı. Buna səbəb isə sinəmin açıq olması oldu. Mən model kimi işimi yaxşı görürəm. Buna görə heç bir qız alçaldılmamalıdır.

İndi isə fotolara baxın! Fotolarda “yaxın” bildiyim insanın mənə “dəstəyi”nin nəticələri aydın görünür. Mən susmamaq qərarına gəlmişəm”, – Dinaqul bildirib.

O qeyd edib ki, statistikaya əsasən, Qazaxıstanda hər üçüncü qadın döyülmə, zorakılıq və müxtəlif amansız rəftarlarla qarşılaşır və söz verib ki, bu cür halların qarşısının alınması üçün addımlar atacaq.