“Yuventus”un ulduzu Kriştianu Ronaldo İtaliya A Seriyasının növbəti turunda “Atalanta”ya qarşı keçirəcəkləri matçda ehtiyatda qalacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Turin təmsilçisinin baş məşqçisi Massimiliano Allerqi məlumat verib.

O, portuqaliyalı forvarda istirahət verəcəyini deyib: “Kriştianu sabah ehtiyatda oturacaq. Nəhayət ki, onunla bir yerdə futbola baxacağıq”.