ATV-də yayımlanan “Maşın” realiti-şounun 12-ci günündə gözlənilməz hadisə baş verib.

“Qafqazinfo”nun məlumatına görə,  41,53 faiz səslə şoudan kənarlaşdırılan müğənni Ramil Nabran Dilarə Kazımova ilə görüşərkən xanım sənətçi papağını düzəltdiyi zaman əlini bilmədən maşının üzərindən götürüb. Bu isə verilişin prodüserlərinin gözündən qaçmayıb.

Qeyd edək ki, hazırda “Maşın” uğrunda 5 iştirakçı mübarizə aparır.