Foto © Reuters
Foto © Reuters

Fərhad Çağtürk / AzEuroNews.com   İraq hökuməti Həzrəti İsanın anadan olması – “Milad”ı rəsmi dövlət bayramı elan edib. AzEuroNews.com xəbər verir ki, hökumət tərəfindən hazırlanan qanun İraq prezidenti tərəfindən təsdiqlənib. Beləcə bundan sonra “Milad”ı təkcə İraqda yaşayan xristianlar deyil, bütün iraqlılar qeyd edə biləcəklər.

Qərar elan olunduqdan sonra İraq hökuməti rəsmi “Twitter“ səhifəsindən “İraqlılara və dünyada bu bayramı qeyd edən bütün hər kəsə xoş Miladlar“ deyə paylaşım edib.