Rusiyanın sərhəd xidmətinin əməkdaşları rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovu tanımayıb. Xarici görünüşünə görə onun İŞİD qruplaşması üzvü olmasından şübhələnərək dindirmək qərarına gəliblər.

Oxu.Az xəbər verir ki, bu haqda “Ploxoy Leytenant”  Telegram-kanalında məlumat yayılıb.

Nurməhəmmədov dağıstanlı dostları ilə birlikdə Türkiyəyə uçmaq istəyib, ancaq nəzarətçilər onun məşhur idmançı olduğunu bilməyərək sorğu-suala tutublar.

Əraziyə gələn əməliyyatçılar Nurməhəmmədovu tanıyaraq, onunla şəkil çəkdirib və sərhəd nəzarətindən qısa zamanda keçməsinə şərait yaradıblar.

“O Mişa  və daha iki əməkdaşla şəkil çəkdirdi, qalanlarını söyüb başından elədi və Türkiyəyə uçdu”, – deyə Telegram kanalında yayılan məlumatda bildirilir.