“Barselona”nın futbolçusu Denis Suares qışda klubunu dəyişə bilər.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, “Monako” 24 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Kataloniya klubunun da Suaresi satmağı düşündüyü bildirilib. Bu transferin yanvarda gerçəkləşmək ehtimalının yüksək olduğu vurğulanıb.

Qeyd edək ki, D.Suares bu mövsüm La Liqada cəmi 1 matçda iştirak edib.