“O səs Türkiyə” mahnı müsabiqəsində maraqlı anlar yaşanıb.

“Ölkə.Az” xəbər verir ki, jüri üzvü Bəyaz aparıcı Acunla zarafatlaşıb.

Səhnəyə çıxan Burcu Günsəl adlı iştirakçı ispan dilində danışa bildiyini qeyd edib. Hadisə isə Acuna “sən ispanca danışa bilirsən?” sualını ünvanlayıb. Acun isə belə cavab verib:

“Min nəfər argentinalı və dominikanlı ilə əlaqədə olduğumuz üçün az-maz bilirəm. İspan dilində dərdimi izah edirəm. Onlar da ya məni başa düşürlər, ya da başa düşmüş kimi özlərini göstərirlər”.

Bəyaz isə dialoqa qoşulub və deyib:

“Sənin də dərdin yoxdur. Acun dərdini deyəcək. Nə dərdin var, nəyi deyəcəksən? Təyyarəm havada çox qalır, enmir. Ayaqlarım qum oldu. Yenə çox istidir. Adamın dərdlərinin hamısı belədir”.