Müğənni Şəbnəm Tovuzlu ilə “Eurovision 2011” qalibi Nigar Camal arasında qalmaqal daha da böyüyüb.

Axşam.az-ın məlumatına görə, ifaçının “Gucci” brendinin kəmərini tərs taxmasına Nigar da reaksiya vermişdi. Onun dediyi “Gucci”yə görə canım ağrıdı” sözləri qarşı tərəfi özündən çıxarıb. Şəbnəm Nigarın ünvanına sərt sözlər deyib:

“Xanımdır, deyə bilərdi unutqanlıqdır. Elə olur ayaqqabını blokda geyinirəm. Onun məni lağa qoymağa cürəti çatmaz. Mənim üçün o, heç kimdir. Hər kəsə Allah özünə görə gözəllik verib. Ondan əskikliyim yoxdur.

Sözümü deyirəmsə, keçib qabağına başqa cür danışaram. Görünüşü məndən gözəl, sənəti məndən artıq deyil. Lağ nə deməkdir? Gündəm xatirinə edib. Yoxdular, Şəbnəmin adını çəkirlər”.