Gələn il İsraildə keçiriləcək “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı müğənni Nərmin Kərimbəyovanın təmsil edəcəyi barədə xəbər yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, onun 2019-cu ilin mayında Təl – Əvvivdə səhnəyə çıxacağı iddia olunub. Bundan əlavə, “Eurovision” fan səhifələrində N. Kərimbəyovanın ifaları, onun haqqında daha çox məlumat paylaşılır. Həmçinin forumlarda ən çox Nərminin adı hallanır.

“Qafqazinfo” mövzu ilə bağlı yarışma üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri  Leyla Quliyeva ilə əlaqə saxlayıb.  O, “Eurovision”da təmsil edən müğənninin kimliyi barədə İctima Televiziyanın rəsmi saytında məlumat veriləcəyini qeyd edib.

Müğənni N. Kərimbəyova da müsabiqədə iştirak edəcəyi barədə yayılan xəbərlərə reaksiya verib.  O, namizədliyini təsdiqləsə də, yekun qərar barədə məlumatsız olduğunu bildirib.

Bəs Nərmin Kərimbəyova kimdir?

33 yaşlı müğənninin əsl peşəsi hüquqşunasdır. O, 2009-cu ildən 2011-ci ilə kimi Bolqarıstanda Qadın İnsan Hüquqları İnstitutunda (Women’s Human Rights Training Institute) qadın hüquqlarının qorunması ilə məşğul olub. Hüqüqşünas kimi beynəlxalq sahədə on il fəaliyyət göstərib.

İfaçı 2015-ci ildə “Səs Azərbaycan” layihəsində iştirak edərək yarımfinaladək yüksəlib. O, ötən il Bakıda keçirilənİslam Həmrəyliyi Oyunlarında “Zirvə” mahnısını ifa edib. 2018-ci ilin may ayından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin orkestrası və “Nur” rok qrupu ilə çalışır.

N. Kərimbəyova xalq artisti Brilliant Dadaşovanın qohumudur.