“Hind kinosu” devizi altında “Maşın” realiti şounun növbəti buraxılışı yayımlanıb. Modern.az xəbər verir ki, şounun 13-cü günündə şounu daha bir nəfər tərk edib. Bu dəfə səsverməyə müğənni Səmra Rəhimli çıxıb. Səsvermədə 80 faizə yaxın səs toplayan müğənni oyunda qalıb.

Səmra Rəhimlinin seçimi isə Xose Bernardo olub.

Qeyd edək ki, hazırda şouda 4 iştirakçı mübarizəni davam etdirir. Bunlar müğənni Səmra Rəhimli, aparıcı Ranar Musayev, aktrisa Xəyalə Quliyeva və aktyor Sərxan Kərəmoğludur.