ABŞ prezidenti Donald Tramp və xanımı Melanya Tramp İraqa səfərə gəliblər.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

Onun sözlərinə görə, D.Tramp və xanımı İraqda ABŞ hərbçilərini ziyarət ediblər: “Prezident Tramp və birinci xanım bizim qoşunları və yüksək hərbi rəhbərliyi ziyarət etmək və onlara xidmətlərinə görə təşəkkür etmək üçün milad bayramı gecəsi İraqa gediblər”.