Fərhad Çağtürk / AzEuroNews.com “2006-cı ildə MTN tərəfindən həyata keçirilən qanunsuz əməliyyat nəticəsində həyat iş adamı Abdalova Ülviyyə İlyas qızına və onun həyat yoldaşı Murad Rəhimova 7 milyon manatdan çox ziyan dəyib. Valideynlərini 1990-cı ilin 20 Yanvar olayında itirən, 2004-2008-ci illərdə Səbail rayon “20 Yanvar” cəmiyyətinin sədri olan Ü. Abdalova bu günə qədər fiziki və mənəvi terrora məruz qalmaqdadır. O, birmənalı olaraq ölüm qarşısındadır”. Bunu AzEuroNews.coma açıqlamasında ictimai vəkil Samir Zeynalov deyib. Onun sözlərinə görə, Ü.Abdalova və  həyat yoldaşı M.Rəhimovun qızıl-zinət əşyalarının biznesi ilə məşğul olması 2006-cı ildə MTN rəhbərliyinin diqqətini cəlb edib. Hər nə yolla olursa-olsun bu sərvəti ələ keçirməyə qərar verən sabiq MTN rəhbərliyi bunun üçün sadə və unikal bir üsula əl atıb. M.Rəhimovaya məxsus lisenziyalı qızıl-zinət əşyalarına qanunsuz daş-qaş nümunəsi kimi əl qoyulub.

Ülviyyə Abdalova
Ülviyyə Abdalova

Ü. Abdalova deyir ki, 2006-cı ildə Dubaydan Bakıya satış məqsədi ilə gətirilən 7 milyon manat məbləğindən çox qızıl-zinət əşyaları, briliant daş- qaşlar MTN tərəfindən müsadirə adı ilə qarət edilib: “Bu mallara əl qoyan MTN yetkililəri bildirdi ki, guya bunları qanunsuz yolla ölkəyə gətirmişik. Halbuki həmin zinət əşyalarının hər birinin lisenziyası mövcud idi və bunu təsdiq edən sənədlər qalmaqdadır”.

Vəkilin sözlərinə görə, bütün bunlar yetməmiş  kimi, MTN tərəfindən onlara məxsus qızıl mağazasında da çəkiliş aparılıb. Halal və qanuni əmlakları  qarət etmələri azmış kimi, onlarla qatı cinayətkar kimi davranıb, elə bir atmosfer yaratmağa çalışıblar,  müsdirə edilən zinət əşyalarının geri qaytarılması ilə bağlı heç bir tələb səsləndirilməsin.

MTN yetkililəri lisenziyalı zinət şyalarına əl qoyandan sonra onları həbs etməklə hədələyərək daha bir sıra əmlaklarını ələ keçirib: “Bu olaydan sonra Ülviyyə Abdalovaya  bildiriblər ki, səni də, həyat yoldaşını da həbs edəcəyik. Lazım olsa, əlavə maddələr ortaya qoyacayıq. Əgər həbs olunmağınızı istəmirsinizsə, digər əmlaklarınızı da bizə verməlisiniz. 2006-cı ildə MTN onu və həyat yoldaşımı həbslə hədələyərək onlara məxsus 5 avtomobili, 10 mənzili ələ keçirib. Bu mənzillərin 4-ü Yeni Yasamal, 4-ü Nərimanovda, 2-si isə Xırdalanda mövcud olub”.

Samir Zeynalov
Samir Zeynalov

 Vəkilin sözlərinə görə, nümayəndəsi olduğu şəxs   “MTN işi” meydana çıxandan, bu qurumdakı cinayətkar dəstə de-şifrə ediləndən sonra 2006-cı ildə MTN-nin başlarına gətirdiyi oyunlarla bağlı Baş Prokurorluğa şikayət etmək qərarına gəlib. Onun gəldiyi bu qərar bu gün onun və ailə üzvlərini ölüm təhlükəsi ilə üz-üzə qoyub: “2015-ci ildə MTN-dəki cinayətkar dəstə ifşa olunandan və bu qurumun fəaliyyətinə xitam veriləndən sonra bir çox zərərçəkmiş  Baş Prokurorluğa müraciət edərək ona dəyən ziyanın ödənilməsinə nail olmağa çalışdım. Bu məqsədlə də Baş Prokuroluğa müraciət edib. Lakin proseslərin gedişatı zamanı bəlli olub ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin müstəntiqi Orxan Babayev işin obyektin araşdırılmasında maraqlı deyil. Əksinə, keçmiş MTN rəhbərliyi, xüsusilə də Mövlan Şıxəliyevlə bağlı şikayətindən imtina etməsini ondan  tələb edib. Bu səbəbdən də Ülviyyə Abdalova O.Babayevlə bağlı narazılığımı həm rəsmi qurumların, həm də ölkə mediasının diqqətinə çatdırıb  ki, bu da O.Babayevin ona qarşı münasibətinin aqressivləşməsinə səbəb olub”.

S. Zeynalovun sözlərinə görə, iş adanmı Ülviyyə Abdalova hazırda özü etdiyi şikayətlərdən dolayı təhdid və azadlıqdan məhrum edilmək təhlükəsi qarşısındadır. Hər gün müxtəlif şəxslər tərəfindən ölümlə hədələnir: “Bu yaxınlarda sifarişli şəkildə Natiq Hacıyev adlı şəxs Nərimanov rayonu ərazisində günorta saatlarında onun qarşısına qəflətən çıxaraq  öldürmək məqsədilə onun qarın nahiyəsinə bıçaq vasitəsilə 3 zərbə endirib. Lakin xoşbəxtlikdən xanım Abdalovanın həyatını xilas etmək mümkün olub.  Şəhid övladına qarşı edilən haqsızlıqların, gerçəkləşən özbaşınalıqların sərhədi yoxdur. Bu vəziyyətə şahid olmaq dəhşətdir. Dörd uşaq anası olan Ülviyyə Abdalova bildirir ki, onun tək ümidi ölkə başçısı İlham Əliyevdir. Yalnız ölkə başçısı onu quldur dəstəsinin bitib-tükənməz bilməyən əməllərindən xilas edə bilər”.