2018-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişlənib.

Bu barədə “Ölkə.Az”a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, BŞTİ-nin tabeliyindəki 164 məktəbdə 360 təmayül sinfi təşkil olunub. Hər bir təmayül istiqaməti üzrə ayrıca tədris planı və proqramları hazırlanaraq təsdiq edilib.

Qeyd olunub ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 552 manat təşkil edir.