“Maşın” şouda ötən gün ən çox şəkli atılan müğənni Səmra Rəhimli ilə bağlı səsvermədə kobud səhv edilib. 

Axşam.az-ın məlumatına görə, sənətçiyə gələn səslər hesablanaraq “Qalsın 68,84, getsin 31,14” göstərilib. Bu isə ümumi toplandıqda 100 faiz yox, 99,98 faiz edir.

Sözügedən foto şou ilə bağlı sosial şəbəkədə olan səhifəyə yerləşdirilib. daha sonra digər səhifələrdə yayılaraq, tənqid olunub. İzləyicilər səslərin düzgün hesablanmadığını, saxtakarlığa yol verildiyini yazıblar.

Qeyd edək ki, şounun sonunda Səmra qalsına səs toplayaraq Xose Bernardonu oyundan uzaqlaşdırıb.