İraq və Almaniya səfərini başa vuran ABŞ prezidenti Donald Trampla birinci xanım Melaniya Tramp Amerikaya geri qayıdıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, gecə yarısı təyyarədən enən prezidentlə xanımı Ağ Evə yollanıb. Sosial şəbəkələrdə yayılan fotolarda diqqət çəkən məqam isə Melaniyanın gecə qaranlığında gün eynəyindən istifadə etməsi olub.

İstifadəçilər birinci xanımın bu seçiminə heç bir məna verə bilməyiblər.