Fərhad Çağtürk / AzEuroNews.com  Almaniyanın Şimali Reyn Vestfaliya əyalətindəki məktəbərdə İslam dini ilə bağlı dərslərin tədris edilməsini qadağan edən məhkəmə qərarı ləğv edilib. AzEuroNews.com xəbər verir ki, ötən gün Leypsiqdəki Almaniya Yüksək İdarə Məhkəməsində (OVB) Münster şəhər İdarə Məhkəməsinin Şimali Reyn Vestfaliya əyalətindəki məktəblərdə İslam dini tədrisinin qadağan edilməsi ilə bağlı verilən qərardan şikayətə baxılıb.

OVB-nin işə baxan hakimi əvvəlki qərarı ləğv edib. Beləliklə, Şimali Reyn Vestfaliya əyalətində 2012-ci ildən tədris olunan İslam dini ilə bağlı qadağa aradan qalxıb.

Məlumat üçün bildirək ki, İslam dini ilə bağlı dərslər əyalətin 250-dən çox məktəbindən 200 mindən çox şagirdə tədris edilir.