Fərhad Çağtürk / AzEuroNews.com  Son illər Almaniyanın xarici ölkədə anadan olan ölkə vətəndaşlarına ödədiyi uşaq pulu hədsiz çoxalıb. AzEuroNews.com xəbər verir ki, aparılan araşdırmalar zamanı məlum olub ki, xaricdə olan və Almaniya vətəndaşlığı olan şəxslər saxta doğum haqqında şəhadətnamədən istifadə edərək Almaniyadan hələ də uşaq pulu alırlar.

Bu ilin yanvarından dekabrına kimi 15,35 milyon uşaq Almaniya dövlətindən uşaq pulu alıb. Proqnozlara görə, yeni ildə bu rəqən 15 milyondan çox olacaq. Onlardan 3 milyondan çoxu xaricdə doğulub.

Son 12 ayda xaricdə yaşayan və Almaniya vətəndaşlığı olan şəxslərə 370,5 milyon avro uşaq pulu ödənib.