Suriyada Bəşər Əsədə bağlı birliklər Menbic şəhərinə daxil olub.

Reuters agentliyinin yaydığı xəbərə əsasən, bundan daha öncə şəhəri əlində saxlayan YPG/PKK terror təşkilatı geri çəkildiyini bildirib.

Terrorçular Suriya ordusunu bölgədə nəzarət etmək üçün dəvət etidklərini söyləyiblər.

Agentlik Suriya ordusunun bununla bağlı rəsmi açıqlama verdiyini də yayıb. Suriya silahlı qüvvələri Menbicdə Suriya vətəndaşlarının və digər insanların təhlükəsizliyinin təmin olunacağını bəyan edib.

Türkiyə medisı isə son gəlişməni “çirkin ittifaq” olaraq dəyərləndirib.

Belə ki, bu yaxınlara qədər PKK/YPG terrorçularının kökünü kəsmək məqsədilə Türkiyə ordusunun Menbic şəhərinə hərbi müdaxilə həyata keçirəcəyi xəbərləri gəlirdi.

Türkiyəli ekspertlərin fikrincə, Əsəd rejimi bundan sonra Türkiyə əleyhinə kürd separatçıları ilə blirkdə mübarizə aparacaq. Terrorçular isə Türkiyə ərazisini təhdid edə biləcək əlverişli plasdarma malik olacaqlar.

musavat.com