Foto © Armin Linnartz/ wikipedia.org
Foto © Armin Linnartz/ wikipedia.org

Fərhad Çağtürk / AzEuroNews.com / Köln  Hər üç almandan biri baş nazir Angela Merkelin 2021-dən tez getməsini istəyir. AzEuroNews.com xəbər verir ki, Almaniyada əhali arasında keçirilən sorğunun nəticəsi açıqlanıb.  

Nəticəyə görə, anket iştirakçılarının 38 %-i Almaniyanın federal kansleri Angela Merkelin 2021-ci ildən tez vəzifədən getməsini istəyir. İştirakçıların 43 %-i Merkelin vəzifəsinin vaxtının bitməsini gözləməkdən yana olub. 18 %-i bu barədə fikir bildirmək istəmədiklərini bildiriblər.

Məlumat üçün qeyd edək ki, Almaniyada kansler Angela Merkelin hakim Xristian Demokrat İttifaqının (CDU) qurultayında qatı katolik, mühafizəkar siyasətçi Annegret Kramp-Karrenbauer partiyanın yeni sədri seçilib. Bu qurultayın əvvəlində Angela Merkel partiyanın liderliyindən getdiyini elan etmişdi.