Foto © pixabay.com
Foto © pixabay.com

Lamiyə Məmmədova / AzEuroNews.com / Paris   Fransada 1 yanvardan etibarən minimum əmək haqqı artırılacaq. AzEuroNews.com xəbər verir ki, hökumət minimum əmək haqqının 1,5 % artırılması ilə bağlı qərar verib. Yeni ildən 1 saata görə işçiyə ödəniləcək minimum əmək haqqı 9,88 avrodan 10,03 avroya qaldırılıb.

Yeni qanunla həftəlik 35 saatlıq bir iş üçün 1498 avro alan  biri yeni ildən 1521 avro alacaq.

Məlumat üçün qeyd edək ki, Fransa prezidenti Emanuel Makronun qərarı ilə yeni il öncəsi dövlət qulluqçularının maaşlarına 100 avro bonus əlavə edilib.