Con Xopkins Universitetinin (ABŞ) alimləri araşdırma zamanı aşkar ediblər ki, şirin qazlı içkilərin çoxlu miqdarda qəbulu piylənmədən əlavə böyrək xəstəliklərinə də səbəb ola bilər.
AzEuroNews.com saglamolun.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri Clinical Journal of the American Society of Nephrology jurnalında dərc olunub.
Şirin qazlı içkilərin tez-tez qəbulu insanlarda xroniki böyrək çatışmazlığının riskini xeyli artırır. Böyrək çatışmazlığı böyrəyin fəaliyyətinin dayanmasına səbəb ola bilən ağır pozulmadır.
Araşdırma çərçivəsində alimlər 15 il ərzində 3 min insanın həyatı və qidalanması haqqında məlumatları toplayıblar. Nəticədə mütəxəssislər belə nəticəyə gəliblər ki, məhz şirin qazlı içkilərin çoxlu miqdarda qəbulu böyrəklərin xroniki xəstəliklərinin riskini 61% artırır.