Köln mərkəz məscidi / Foto © diyanet.tv
Köln mərkəz məscidi / Foto © diyanet.tv

Fərhad Çağtürk / AzEuroNews.com / Köln Diyanət İşləri Türk İslam Birliyi (DİTİB) Almaniyanın nüfuzlu “Bild” qəzetini məhkəməyə verməyə hazırlaşır. AzEuroNews.com xəbər verir ki, buna səbəb ötən gün qəzetin “Wie Terror-Geld Moscheen in Deutschland finanziert” (Terror pulu Almaniyadakı məscidləri necə maliyyələşdirir?) başlıqlı xəbərində Köln Mərkəz Camesinin fotosunu istifadə etməsidir.

Məsciddən verilən açıqlamaya görə, qəzet sözügedən xəbəri hazırlayarkən jurnalistika və əxlaq normalarına əməl etməyib: “Qəzet məqsədli şəkildə məscidlərlə terror arasında bağlantı quraraq cəmiyyət arasında çaşqınlıq yaradıb. DİTİB olaraq biz qəzetdən eyni xəbəri düzəliş edərək başqabir foto ilə verərək təkzib etmələrini tələb edirik. Məsələ ilə bağlı Almaniya Mətbuat Konseyinə yazılı şəkildə şikayət göndəriləcək. Bu bir cinayətdir və cinayətin ağırlığı səbəbindən DİTİB etibar və imicinin zədələnməməsi üçün hüquqi yollara – məhkəməyə müraciət edəcək“.

  • “Bild”in xəbəri

Nüfuzlu alman qəzeti “Bild” 28 dekabr sayında Wie Terror-Geld Moscheen in Deutschland finanziert” (Terror pulu Almaniyadakı məscidləri necə maliyyələşdirir?) başlıqlı xəbər verib. Qəzet Kölndə yerləşən və Türkiyə Diyanət İşləri Türk İslam Birliyinə (DİTİB) aid Köln Mərkəz Camesinin fotosundan istifadə edib. Xaricdən Almaniyadakı məscidlərin şübhəli və terror pulu ilə maliyyələşdiyini iddia edən qəzetə DİTİB başda olmaqla Almaniyada yaşayan bir çox türk sosial şəbəkələr vasitəsi ilə etiraz edib.