Simvol foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com
Simvol foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com  Almaniyanın Duisburq şəhərində türk məscidinə hücum edilib. AzEuroNews.com xəbər verir ki, İslam Cəmiyyəti Milli Görüş Təşkilatının (İGMG) Almaniyanın Duisburq şəhərində tikilməkdə olan “Mövlana camesi”nin divarlarına boya ilə yəhudiliyin simvolu olan “Davud ulduzu” çəkilib.

Məscid dərnəyinin başqanı Hulusi Yüksel hadisədən dərhal sonra polisə məlumat verib. O, jurnalistlərə açıqlamasında bildirib ki, məscidin inşası bir il yarımdır davam edir. Hücumun kimlər tərəfindən edildiyini bilməyən H.Yüksel həmin bölgədə insanların İslam dini ilə bağlı fikirlərinin çox yaxşı olduğunu dilə gətirib.

Hadisə ilə bağlı Duisburq Polis Təşkilatının əməkdaşları araşdırmaları davam etdirir.