Lamiyə Məmmədova / AzEuroNews.com / Paris   Fransanın məşhur jurnallarından olan “Le Monde”  sonuncu sayında faşist Almaniyasının lideri Adolf Hitlerlə Fransanın hazırkı prezidenti Emanuel Makronun fotosunu yan-yana verib. AzEuroNews.com xəbər verir ki, iddialara görə, Fransada “sarı jiletlilər”in kütləvi etiraz aksiyasına E.Makronun sərt müdaxilə edilməsi ilə bağlı göstərişi jurnalın onu diktator Hitlerə bənzətməsi ilə nəticələnib.

Ancaq jurnalın bu addımı Fransada birmənalı qarşılanmayıb. “Le Monde” baş redaktoru artan etirazlara görə, üzr istəyərək bir açıqlama yayınlayıb.

Jurnalın baş redaktoru Luk Bronner açıqlamasında bildirib ki, diqqət çəkmək istədikləri Emanuel Makronun Adolf Hitlerə bənzəməsi olmayıb. O,vurğulayıb ki, qrafik dizaynerləri 20-əsrin əvvəlindəki rus konstruktivizmindən ilhamlanıblar.