Fərhad Çağtürk / AzEuroNews.com 2019-cu ilin ilk dəqiqəsində dünyaya gələn uşağa Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adı qoyulub. AzEuroNews.com xəbər verir ki, Türkiyənin Kayseri şəhərində gecə saat 00.01-də dünyaya göz açan uşağa valideynləri Rəcəb Tayyib Ərdoğanın adını veriblər.

17 illdir evli olan Hörmət və Kazım Dədə cütülüyünün üçüncü uşağı şəhərdəki qadın poliknikasında yeni ilin ilk dəqiqəsində dünyaya göz açıb.

Uşağa Türkiyə prezidentinin adının verildiyini öyrənən şəhərin bələdiyyə sədri, Ədalət və Qalxınma Partiyasından (AKP) olan deputat və şəhər səhiyyə idarəsinin rəhbəri ananı xəstəxanada ziyarət ediblər.