Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Almaniyanın Şimali Reyn Vestfaliya əyalətində boş torpaq sahələrinin qiymətləri məlum olub.

AzEuroNews.com xəbər verir ki, əyalətdə ən bahalı  torpaq Köln şəhərində satılır. Belə ki, Almaniyanın dördüncü, Şimali Reyn Vestfaliya əyalətinin ən böyük şəhəri olan Kölndə bir kvadratmetr boş torpaq sahəsinin qiyməti 1550 avrodan başlayır. Əyalətin paytaxtı olan Düsseldorfda boş torpaq sahəsinin kvadratı 1250 avrodan satılır. Aaxendə bur rəqəm 610, Eifeldə isə 50 avro təşkil edir. Məlumat üçün qeyd edək ki, Almaniyada daşınmaz əmlak sahibi olan əcnəbilər arasında Azərbaycan Respublikasının vətəndaşları da var. Bu barədə dəqiq statistika mövcud olmasa da, onların sayının hər il çoxaldığı deyilir.

Həmvətənlərimiz əsasən boş torpaq sahəsi alıb ev tikməyə üstünlük verirlər.