Almaniya Baş Nazirliyi (Kanzleramt)
Almaniya Baş Nazirliyi (Kanzleramt)

Fərhad Çağtürk / AzEuroNews.com  Almaniya Baş Nazirliyinin (Kanzleramt) aşbazı dəyişib. AzEuroNews.com xəbər verir ki, baş nazir Angela Merkelin göstərişi ilə Baş Nazirliyə təcili olaraq iki aşbaz gətirilib. Onlar əvvəlki aşbazlardan fərqli olaraq tam iş günü çalışacaqlar. Maaşları isə, 2800 avro olacaq.

Kansler Angela Merkelin qonaqlarının çox olması səbəbindən aşbazların hər birinə bir köməkçi, yeməkləri qonaqlara təqdim etmək üçün isə, 6 ofisiant işə götürülüb.

Baş Nazirlikdən verilən məlumata görə, bəzən qonaqların sayı 100-dən çox olur. Bir aşbazın bu qədər qonağa yemək bişirməsi isə çox çətin idi. Bu səbəbdən Baş Nazirlik belə bir qərar verib.