Foto © dpa / express.de/
Foto © dpa / express.de/

Fərhad Çağtürk / AzEuroNews.com / Düsseldorf  Almaniyada keçirilən klan toyuna polis basqın edib. AzEuroNews.com xəbər verir ki, hadisə ölkənin Şimali Reyn Vestfaliya əyalətinin Langenfeld şəhərində qeydə alınıb. Belə ki, 400 polis əməkdaşının iştirakı ilə toya gələnlər şadlıq sarayının qarşısında qurulan postda bir-bir yoxlanaraq içəri buraxılıblar.

Polisdən verilən açıqlamaya görə 600-dən çox qonaq və toy kortejində iştirak edən avtomobillər yoxlanılıb.

Polisin axtarışında olan “Porşe” markalı idman maşını evakuator vasitəsi ilə idarəyə aparılıb.

Qonaqların üzərindən bir ədər “beşbarmaq“, “elektroşok“ aparatı, iki qadağan olunmuş bıçaq , tapança patronları, 11 min avro “qara pul” ələ keçirilib.

Polis əməkdaşları gəlin maşını olaraq bəzədilən qara “Ferrari”də də axtarış aparıb.

İki nəfər isə, həbs edilib. Onlardan biri bu gün səhər saatlarında cərimə olaraq sərbəst buraxılıb. Digəri isə, hələ də polis idarəsdindədir.

Foto © Mettmann polisi

 

Foto © Mettmann polisi