Seyfəddin Qurbanov
Seyfəddin Qurbanov

Fərhad Çağtürk / AzEuroNews.com   Azərbaycanın Ukraynadakı diaspor fəalı soyunaraq qar vannası qəbul edib.

AzEuroNews.com xəbər verir ki, Ukraynanın Xarkov şəhərində yaşayan və fəaliyyət göstərən tanınmış hekəltaraş 57 yaşlı Seyfəddin Qurbanov şaxta və qarlı havaya baxmayaraq soyunub. Diaspor rəhbəri qar vannası qəbul edərək şəkil şəkdirib və bunu “Facebook” profilində paylaşıb.

O, dostlarını yeni il münasibəti ilə bu şəkildə təbrik edib.

Məlumat üçün bildirək ki, azərbaycanlı heykəltəraş Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvü və Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltəraşlıq kafedrasının müdiridir. O, Ukraynanın “Xalq rəssamı” fəxri adına da layiq görülüb.

2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.