Çinin “Çane-4” kosmik aparatı bəşəriyyət tarixində ilk dəfə olaraq Ayın əks tərəfinə eniş edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, aparat səhər Ayın səthinə eniş edib. Çin hakimiyyəti bunu kosmosun fəthində böyük hadisə adlandırıb.