İtaliyanın “Yuventus” klubu və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun “İnstagram” sosial şəbəkəsindəki hesabı 150 milyon izləyici toplayıb.

“Report” xəbər verir ki, 33 yaşlı futbolçu dünyada izləyici sayına görə bu göstəriciyə çatan ilk şəxs olub.

Ronaldu hazırda amerikalı müğənni Selena Qomesi qabaqlayaraq (144,5 mln. izləyici) sosial şəbəkədə follover sayına görə liderliyini davam etdirir.

İzləyici sayına görə Ronalduya yaxın olan futbolçular arasında Braziliya yığmasının və PSJ-nin hücumçusu Neymar (108 mln) və Argentina millisi və “Barselona” klubunun forvardı Lionel Messi (105 mln) var.

Ronaldu bu mövsüm “Yuventus” ilə İtaliya çempionatı və Çempionlar Liqasında 24 matçda çıxış edib və 15 qolvurmaqla 7 məhsuldar ötürmə verib.

Daha əvvəl isə Ronaldu İtaliya çempionatının bombardirlər siyahısında liderliyə yüksəlib.