Lamiyə Məmmədova / AzEuroNews.com / Paris Fransada 17 noyabrdan 17 dekabra qədər davam edən “Sarı jiletlilər”in aksiyasında 4570 nəfər iştiraçı polis tərəfindən saxlanılıb. AzEuroNews.com  xəbər verir ki, 216 nəfər aksiya iştirakçısı da həbs edilib.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, yanacağın qiymətinin artırılmasına etirazla başlayan aksiyalar daha sonra kütləvi iğtişaşlara çevrilib.

Aksiya iştirakçıları daha sonra hökuməti və prezident Emanuel Makronu istefaya çağırıb.

Aksiyalar zamanı 10 nəfər həyatını itirib, paytaxt Paris də daxil olmaqla bir neçə şəhərdə iaşə obyektlərinə və nəqliyyat vasitələrinə ziyan dəyib.