ABŞ-ın dövlət borcu prezident Donald Trampın hakimiyyətə gəldiyi ildən bu günə kimi iki trilyon dollar artaraq 21,9 trilyon dollara çatıb.

Oxu.Az xəbər verir ki, bu haqda CNN ABŞ Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Maliyyə Nazirliyinin məlumatına əsasən, ABŞ-ın dövlət borcu Trampın prezidentlik dövrünün ilk vaxtlarında azalmağa başlasa da, 2017-ci ilin sonunda aparılan vergi islahatlarına görə yenidən artmağa başlayıb.

ABŞ Konqresinin büdcə üzrə idarəsi 2018-ci ilin sonuna dövlət borcunun ÜDM-nin 78 faizini təşkil etdiyini dilə gətirib. Bu, 1950-ci ildən bəri ən yüksək göstərici sayılır.

Qeyd edək ki, dövlət borcunun azaldılması Trampın seçkiqabağı platformasının əsas müddəalarından idi.