2018-ci ildə Çin əhalisi 1,27 milyon nəfər azalıb.

Trend-in məlumatına görə, bu barədə Pekin Universitetinin mütəxəssisləri statistik məlumatları tədqiq etməklə qənaətə gəlib.

Qeyd olunur ki, ötən il Çində yeni doğulan körpələrin sayı 2017-ci illə müqayisədə 2,5 milyon az olub.

Ölkədə əhalinin azalması son 70 ildə ilk dəfə qeydə alınıb.

Çin Statistika Bürosunun məlumatına əsasən, 2017-ci ildə Çin əhalisi 1,39 milyard nəfər təşkil edib.