Türkiyənin məşhur aktrisalarından olan Deniz Çakır yenidən gündəmə gəlib.

“Ölkə.Az” “Sabah” qəzetinə istinadən xəbər verir ki, aktrisanın getdiyi məkanlardan birində yan masada əyləşən hicablı qadınlara sözlə təcavüz etdiyi iddia olunub.

Sərxoş olan Çakır 6 hicablı olan 7 nəfərlik bir qrupa “Burası ərəbistandır? Nə gəzirsiniz burada” deyərək söz atıb.

O, qadınların etirazına baxmayaraq, fotolarını çəkməyə başlayıb. Çakırın yanındakı dostları və kafedə əyləşən insanlar hadisədən şok yaşayıblar.

Sonda aktrisanın rəfiqələri qadınlardan üzr istəyiblər. Ətrafda əyləşənlərin bəziləri isə Denizə “Özünə gəl” deyərək, etirazlarını bildiriblər.