Türkiyədə yayımlanan evləndirmə verilişləri ilə məşhurlaşan azərbaycanlı Naz Milanın sevgilisi üzə çıxıb.

“Ölkə.Az” xəbər verir ki, Naz sevgilisi ilə çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşıb.

Naz Mila İnstaqram səhifəsində sevgilisi ilə çəkdirdiyi fotoları izləyicilərinə təqdim edib. Məlum olub ki, onun sevgilisinin adı Gürkandır. Naz paylaşdığı fotolara “Aşkım” sözünü yazıb.

Qeyd edək ki, Naz Mila bir müddət əvvəl bədəninə döydürdüyü tatu ilə gündəmə gəlmişdi.