Hər mövsüm süfrələrdə yer ala biləcək turpun yaz, qış və payız turpu olaraq üç növü var. Rənglərinə görə isə qırmızı, qara, ağ turp olur. Qaraciyər və öd kisəsi baxımından qara turp, antioksidan baxımından isə qırmızı turp yemək daha məsləhətdir.

Axşam.az xarici KİV-ə istinadən turpun digər faydaları barədə məlumatları təqdim edir:

Tərkibindəki antioksidan birləşmələri ilə xərçəngə qarşı qoruyur.

Kükürdlü birləşmələr sayəsində isə öd axınını sürətləndirir.

Qaraciyər sağlamlığını qoruyur.

Öd ifrazı üzərindəki müsbət təsiri ilə həzmi asanlaşdırır.

Sidiyə çıxışı yaxşılaşdırır, köp azaldıcı təsiri vardır.

Lif tərkibi çox və fitosterol tərkibli olduğundan qan xolesterolunu azaldıcı təsirə malikdir.

Az kalorili olduğu üçün pəhriz saxlayanlara da məsləhətdir.

Qeyd edək ki, turp çox yeyilsə, tərkibindəki kükürdlü birləşmələrindən dolayı qaz yaradır. Sağlamlıq üçün gündə 1 kasa turp salatı yemək bəs edir. Brüssel kələmi, kahı, brokoli kimi tərəvəzlərlə eyni nəsildən olduğu üçün bu tərəvəzləri yediyiniz gün turp yeməyinizə ehtiyac yoxdur.