ABŞ Prezidenti Donald Tramp “Apple” şirkətinin baş direktoru Tim Kuka istehsalı Çindən ABŞ-a köçürməyi təklif edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Apple” gözəl şirkətdir. Amma unutmayın ki, “Apple” məhsullarını Çində istehsal edir. Dostum Tim Kuka təklif etdim ki, məhsullarını ABŞ-da istehsal etsinlər, əla istehsal meydançaları qursunlar”, – Prezident deyib.

D.Tramp şirkət rəhbərindən təklifə hansı cavab gəldiyini qeyd etməyib.