Fərhad Çağtürk / AzEuroNews.com / Köln  “Rusiya və Türkiyə də İnterpol vasitəsi ilə Avropada hakimiyyətin təqibindən gizlənmiş şəxslərin ekrstradisiyasına nail olmaq və siyasi rəqiblərini zərərsizləşdirməyə çalışırlar”. AzEuroNews.com  xəbər verir ki, Almaniya parlamentinin Azad Demokratik Partiyasından olan deputatı Konstantin Kule mətbuata açıqlamasında belə deyib. O, həmçinin bildirib ki, Federal Hökümətin barəsində sorğu edilmiş şəxsləri siyası təqiblər gözlədiyi haqqında dəqiq bilgilərə malik olmasından da şübhələnir. Kule konkret olaraq Rusiya və Turkiyənin adını çəkərək həmin ölkələrin dəfələrlə hakimiyyətə siyasi rəqiblərin və siyasi tənqidçilərinin ekstradisiyası üçün müraciət etdiyini vurğulayıb. 

Deputat eyni zamanda Azərbaycan, Belarusiya və ya Qazaxıstan kimi ölkələr üçün də İnterpoldan daxildə bir əl kimi istifadə olunduğunu bildirib. Hətta İnterpolun xətti ilə siyasi fəalların saxlanılma faktlarını da qeyd edilib.

Almaniyanın Daxili İşlər Nazirliyi deputat qrupunun sorğusuna detallı cavab verməyərək bildirib ki, Federal Hökumət ekstradisiya hallarında sorğular haqqında statistik məlumatları saxlamır.

LEGAT - Consultation agency/  Karlstrasse 31 Düsseldorf, Germany
LEGAT – Consultation agency/  Karlstrasse 31 Düsseldorf, Germany

  Kimlər İnterpol vasitəsi ilə axtarışa verilə bilər?

Mövzu ilə bağlı Almaniyada faliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.combildirilib ki, İnterpolun 194 ölkədə milli mərkəzi bürosu var. Əsasnaməyə uyğun olaraq məlumatlar ilk növbədə Fransanın Lion şəhərində yerləşən Baş Katibliyə göndərilir: “Axtarış üzrə rəng də təşəbbüskar dövlət tərəfindən təklif olunur. Baş Katibliyin Ekspertiza İdarəsi tərəfindən yoxlanılaraq axtarış üzrə rəng təsdiqlənir. Bundan sonra axtarışla bağlı sorğu 194 ölkəyə göndərilir. İnterpolun Baş Katibliyinin Əsasnaməsinə uyğun olaraq siyasi, hərbi, dini və irqi əlamətlərə görə təqiblər istisna olunmaqla demək olar ki, bütün cinayətkarlar İnterpol xətti ilə axtarışa verilə bilər. Axtarışlar ümumilikdə 9 – qırmızı, qara, sarı, mavi narıncı və s. rəng istiqamətləndiricilər üzrə həyata keçirilir. Qara istiqamətləndirici üzrə naməlum meyitlərin, sarı istiqamətləndirici üzrə itkin düşmüşlərin axtarışı, narıncı istiqamətləndirici üzrə terroristlərin, qırmızı istiqamətləndirici üzrə cinayət törətmiş şəxslərin saxlanılması və təşəbbüskar dövlətə ekstradisiya olunması həyata keçirilir. Bundan sonra şəxsi məlumatlar axtarışda olan şəxs kimi yayımlanır. Almaniyada bu fəaliyyətlə Federal Kriminal Polis məşğul olur”.

Məlumat üçün bildirək ki, Almaniyada təkcə 2016-cı ildə 1690 nəfər haqqında ekstradisiya ilə bağlı prosedur başlanılıb və onların 257-sindən imtina edilib. Deputatlar sui-istifadə hallarının qarşısını almaq üçün ekstradisiya ilə bağlı vahid standartların müəyyən edilməsini hökümətdən tələb edirlər.