Azadə Balayeva
Azadə Balayeva

Yunis Cəfərov/ AzEuroNews.com / Bakı “ARB 24” telekanalının şef-redaktoru Azadə Balayeva işdən çıxarılıb. AzEuroNews.com xəbər verir ki, buna səbəb telekanal rəhbərliyi ilə xanım jurnalist arasında yaranan problem olub. Əldə etdiyimiz məlumata görə, “ARB 24”ün rəhbərliyi A.Balayevanın fəaliyyətindən narazı olub və onun işdən uzaqlaşdırılması ilə bağlı ötən gün qərar verilib.

Məlumat üçün qeyd edək ki,  A.Balayeva “Space” televiziyasının “Hər gün” xəbərlər xidmətinin rəhbəri olub. O, telekanalın prezidenti Vaqif Mustafayevin əmri ilə işindən azad olunub.