Fərhad Çağtürk / AzEuroNews.com / Köln Almaniyanın Şimali Reyn Vestfaliya əyalətində 175 min iş yeri boşdur.  AzEuroNews.com xəbər verir ki, ötən ilin noyabr ayına qədər olan məlumata görə,  Almaniyanın bu əyalətində fəaliyyət göstərən dövlət idarləri, özəl şirkətlər və iaşə obyektlərində 175 min işçiyə ehtiyac olub.

Eyni zamanda bu əyalətdə yaşayan 4,74 milyon insan öz əyalətlərindən kənarda işləmək məcburiyyətində qalıblar.

Əyalət 2017-ci ildə 691,5 milyard avro həcmində məhsul istehsal edərək gəlir əldə edib. Nəticədə əyalət iqtisadiyyatı 1,7 %-lik bir böyüməyə məruz qalıb.

2018-ci ildə 105 230 tələbə işləməyə başlayıb. Bu rəqəm 2017-ci illə müqayisədə 0,7 % çox olub.