Fransalı yarımmüdafiəçi, “PSJ”-nin oyunçusu Lassana Diarra klubu ilə razılaşaraq müqaviləyə ikitərəfli olaraq xitam verir. Trend-in məlumatına görə, Lassana karyerasını başa vurmaq qərarına gəlib.

33 yaşlı Diarranın biznes-layihələr üzərində işləyəcəyi məlum olub.

Xatırladaq ki, Lassana daha əvvəllər “Real Madrid”, “Anji” və “Lokomotiv” Moskva klublarında çıxışı ilə yadda qalıb.