Amerikanın işə götürənləri adada işləməyə görə 130 min dollar ödəməyə hazırdırlar.

“Report”un məlumatına görə, bu barədə “Travel And Leisure” bildirib.

Qeyd edilir ki, vakansiya cütlüklərə mayaklara və mehmanxanalara baxış işləri təklif edir.

Güman olunur ki, ailələr mühasibatlığa, təmizliyə və yemək hazırlığına cavabdeh olacaqlar. Lakin bircə şərt var – adada “WiFi”ya giriş və televizor yoxdur.